Məşhur teleaparıcı Milli Məclisdəki vəzifəsindən azad olundu

0
351

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev vəzifəsindən azad edilib.

Bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

Həmin vəzifəyə Mehman Qayıbov təyin olunub. M.Qayıbov daha əvvəl Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.