İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM

0
361

Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. 

Bundan başqa,  2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğləri istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsinə uyğun indeksləşdirilir.