“Şəhərdən kəndə” layihəsinə start verildi – VİDEO

0
724

Azərbaycanda “Şəhərdən kəndə” layihəsinə start verilib.

Layihə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşıb.

Təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, layihənin məqsədi kənd turizminin formalaşmasıdır.

Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin direktoru Leyla Məmmədovanın sözlərinə görə, fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq, bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları, əlavə gəlir mənbəyi yaranacaq və gəlirləri artacaq.