İtalyan məşqçinin izlədiyi azərbaycanlı futbolçular – ARAŞDIRMA + FOTO

0
372

Millimizin baş məşqçisi Canni de Byazinin oyununu izləmək istədiyi iki futbolçudan biri olan Kamran Əliyev matça çıxmayıb.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışının ikinci mərhələsini keçirən Rusiya Premyer Liqa klubu “Ximki” yoxlama matçı çərçivəsində Kazanın “Rubin” komandası ilə qarşılaşıb.

2:2 başa çatan matçda “Ximki”nin hücumameyilli yarımmüdafiəçisi Kamran Əliyev meydana çıxmayıb. Ximki şəhərinin təmsilçisi fevralın 6-da “Çayka” (Rusiya), fevralın 10-da “Astana” (Qazaxıstan) və fevralın 11-də “Çertanovo” (Rusiya) ilə gücünü sınayacaq. Bu komandanın hazırlığı fevralın 12-dək davam edəcək.

İtaliyalı Canni de Byazinin izləyəcəyi ikinci futbolçu – Ukrayna Premyer Liqa klubu “Minay”da çıxış edən Anatoli Nuriyev də komandasının ilə Türkiyədəki hazırlığında iştirak edir. Onun komandası “Rad”a (Serbiya) 1:2 uduzub, “Olimpik”lə (Ukrayna) 1:1 heç-heçə edib. Komanda daha sonra Sloveniyanın məşhur “Maribor” klubuna 0:3 və Kosovonun “Drita” klubuna 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, 22 yaşlı Kamran Əliyev Gədəbəyin Novoivanovko kəndində anadan olub. O, 2018-ci ilin mayında 21 yaşadək millimizlə iki oyun keçirib. Belə ki, Gürcüstan və Makedoniya ilə oyunlarda meydana çıxan Kamran sonuncu matçda qol vurub.

24 yaşlı Anatoli Nuriyevin atası azərbaycanlı, anası ukraynalıdır. O, Ukraynanın Mukaçevo şəhərində doğulub