Türkiyəli hərbçilər Naxçıvana gəlib – FOTO/VİDEO

0
541

İyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq – 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.