Nümayişin dağıdılması zamanı 35-dən çox insan ölüb

0
535

Sudanın paytaxtı Xartum şəhərində çadır düşərgəsinin dağıdılması nəticəsində 35-dən çox insan ölüb, yüzlərlə insan yaralanıb.

Bu barədə ölkənin Həkimlər Komitəsi bəyanat yayıb. Məlumata görə, hazırda ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil. Belə ki, tərəflər arasında münaqişə hələ də davam edir.

Qeyd edək ki, Sudan ordusu nümayişçilərin paytaxt mərkəzində saldığı çadır düşərgəsini bazar ertəsi səhərdən dağıtmağa başlayıb. Əməliyyat zamanı fəal şəkildə odlu silah tətbiq olunub.

Bu məqamda onu da bildirək ki, Sudan hərbiçiləri nümayişçilərə qarşı zor tətbiq etmələrinə dair məlumatları təkzib edirlər.