İctimai Nəzarət Koalisiyasının sədri xanım jurnalisti məhkəməyə verib

0
327

Bu haqda Azerbaycanrealligi.com saytına Rasim Məmmədovun vəkili Vamiq Şükürov məlumat verib. Vəkil bildirib ki, böhtan atma, şərəf və ləyaqəti alçaltma iddiası ilə Sabunçu rayon məhkəməsinə müraciət ediblər, iş artıq icraata götürülüb. İlk məhkəmə prosesi fevral ayının 8-nə təyin edilib.  Vamiq Şükürov əlavə edib ki,  Aygün Muradxanlı bir neçə müddət öncə Rasim Məmmədova qarşı feysbuk və yutub  platformalarında separatçılıq, dələduzluq və digər ciddi ittihamlar irəli sürmüş onu və ailə üzvlərini təhqir etmişdi.