Pensiyalar nə vaxtdan artımla veriləcək? – RƏSMİ

0
449

“Bu il bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində təqaüdçülərin pensiyaları indeksləşdiriləcək. Bu proses hər il olur. Fevral ayının ödənişi aparılan zaman vətəndaşlar pensiyanı yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib. 

Şöbə müdiri əlavə edib ki, indeksləşdirmə yanvarın 1-dən hesablanacaq:

“Buna görə də artım da yanvarın 1-dən hesablanacaq. Yanvar artımları fevralın pensiyası ilə birlikdə təqaüdçülərin bank hesablarına köçürüləcək”.

B.Hüseynov qeyd edib ki, hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir:

“Ötən ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Cari ildə də indeksasiya olunacaq. Yaxın günlərdə bu barədə ictimaiyyətə açıqlama veriləcək”.