Ermənistan Xarici İşlər Nazirliyində kütləvi istefalar

0
322

Ermənistan Xarici İşlər Nazirliyində peşəkar diplomatların narazılığı artır, onlar kütləvi şəkildə istefa ərizələri yazırlar.

Nəşr vurğulayıb ki, Ermənistan Xarici İşlər Nazirliyinə artıq 10-dan artıq istefa ərizəsi göndərilib.

“Xarici İşlər Nazirliyinin nümayəndəsi qəzetə verdiyi açıqlamada istefaların Ermənistan hakimiyyətinin anlaşılmaz xarici siyasəti və Paşinyanın Lilit Makunts da daxil olmaqla bir sıra siyasi xadimləri səfir təyin etmək istəyi ilə əlaqəli olduğunu qeyd edib. Təcrübəli və peşəkar diplomatlar Nikol Paşinyan tərəfindən bu sahədə siyasi və rüsvayçı sayılacaq dərəcədə zəif təyinatlardan narazıdırlar”, – deyə qeyd edilib.

“Əldə etdiyimiz məlumata görə, Xarici İşlər naziri Ara Ayvazyan ilə Nikol Paşinyan arasındakı münasibətlər də isti deyil, çünki bu qısa müddət ərzində Ayvazyan baş nazirin yanaşması ilə razılaşmadığını bir neçə dəfə açıq şəkildə ifadə edib. Yaxın gələcəkdə Ayvazyanın özünün də istefasının mümkün olması barədə məlumatımız var”, – deyə  məqalədə vurğulanıb.