1 ton heroin ələ keçirildi – Şok əməliyyat

0
497

Ukraynanın Lvov şəhərində hüquq-mühafizə orqanları təxminən 81,4 milyon dollar dəyərində heroin ələ keçirib və 4 nəfəri yaxalayıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Narkotik qaçaqmalçılığı faktı ilə bağlı cinayət işi çərçivəsində aparılan xüsusi əməliyyat zamanı rekord həddə – 1 tondan çox heroin partiyası ələ keçirilib. Narkotikin qara bazardakı təxmini dəyərinin 81,4 milyon dollardan çox olduğu müəyyən edilib”, – deyə bildirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, heroin partiyası Pakistandan dəniz yolu ilə Odessa limanına gətirilib. Daha sonra ərzaq malları adı altında ölkənin qərbinə, oradan da Avropa İttifaqı ərazisinə aparılması nəzərdə tutulmuşdu.

Əməliyyat zamanı saxlanılan şəxslərin Türkiyə vətəndaşları olduqları bəlli olub.

Faktla bağlı cinayət işi açılıb.

Təqsirləndirilən şəxsləri əmlakları müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir.