Son istifadə tarixindən 2 il keçsə də, bu məhsulları yeyə bilərsiniz – SİYAHI/VİDEO+FOTO

0
430

Sağlamlıq baxımından əhəmiyyətli olan və alış-veriş zamanı diqqət etdiyimiz nöqtələrdən biri də son istifadə tarixləridir.

Bəzi qidaların son istifadə tarixi keçsə belə, onlar yararlılığını saxlayır.

Şokolad

Son istifadə tarixi keçsə də, şokoladın dadı dəyişmir. Uzun müddət qalan şokoladın üzərində ağ təbəqə yarana bilər. Bu, kif deyil. Onun tərkibindəki şəkər və ya yağın kristallaşmasıdır.

Çikolata

Çiy məhsullar

Çiy ət və ya toyuq kimi məhsullar soyuducuda 2 gündən çox qalmaz. Amma donduraraq ömrünü uzada bilərsiniz. Dondurulmuş qiymə 3-4, toyuq isə 1 ay bu şəraitdə qala bilər. Bunun səbəbi isə qida zəhərlənməsinə gətirib çıxaran bakteriyaların soyuqda inkişafının dayanmasıdır.

Çiğ ürünler

Çörək

Üzərində kif yaranmadığı müddətdə rahatlıqla yeyə bilərsiniz. Soyuducuda saxlamaq da çörəyin ömrünü uzadır.

Ekmek

Yumurta

Yumurtanın üzərindəki son istifadə tarixi nə olursa-olsun, 3-5 həftə ərzində təzəliyini qoruyur. Lakin onun “salmonella” adlı zərərli bakteriya yaratmaması üçün +5 dərəcədən aşağı temperaturda saxlanması vacibdir.

Yumurta

Biskvit

Biskvitin təzə olub-olmadığını boyatlaşmış və ya yumşaq vəziyyətindən anlayırıq. Lakin istehsal paketi açılmamış biskviti istehsal tarixindən 3-5 həftə sonra da yeyə bilərsiniz.

Bisküvi

Qəhvə

Paketlənmiş qəhvəni sərin və quru yerdə saxladığınız müddətdə 2-20 ilə qədər ömrünü uzada bilərsiniz. Soyuducuda bu müddət daha da uzanır. Ancaq türk qəhvəsini soyuducuda saxlamayın. Onun nəmi qəhvənin dadını dəyişəcək.

Kahve

Bal

3 min ilə qədər ömrü olan balın ən böyük sirri tərkibində nəmin olmamasıdır. Çox insan xarlanmış balı xarab olmuş qəbul edir. Lakin bu, yanlış fikirdir.

Bal

Pendir

Pendirin xarab olub-olmamasını anlamağın ən yaxşı yolu qoxusudur. Kiflənən pendirin kiflənmiş yerlərini kəsib ataraq istifadə edə bilərsiniz. Lakin qoxusu ciddi dərəcədə narahat edirsə, yeməyin.

Peynir

Makaron

Mütəxəssislərə görə, quru makaronun paketini açmasanız, son istifadə tarixindən 2 il keçsə də, istifadəyə yararlıdır. Lakin təzə makaronlar belə deyil. Son istifadə tarixindən ən çox 5 gün keçməsi təqdirində yeyə bilərsiniz. Bişmiş makaron isə soyuducuda 7 gün qala bilər.

Makarna

Turşu

Turşuları soyuducuda hava almayan qabın içində 2 ilə qədər saxlaya bilərsiniz. Lakin daha çox qalanda yumşala, ləzzəti pozula bilər.

Turşu

Konservləşdirilmiş ərzaqlar

Bir çox konservləşdirilmiş ərzaq son istifadə tarixinin keçməsindən sonra belə yaxşı qalır. Lakin pomidor, ananas kimi turşuluğu çox olan ərzaqlar buraya daxil deyil.

Konserve yiyecekler

Qatıq

Marketdən alınan qatığın 6 həftə ömrü var. Qapağı açılmadan soyuducuda saxlansa, son istifadə tarixindən 1-2 həftə sonra da yararlanmaq mümkündür.

Yoğurt

Ketçup və xardal

Ketçup və xardal kimi sosların qapağı açılmadığı təqdirdə son istifadə tarixinin keçməsindən sonra da etibarlı şəkildə istifadə oluna bilər. Ağzı açılmış ketçup 6, xardal isə 1 ilədək yararlılığını itirmir.

Ketçap ve hardal