Koronavirusun bu simptomlarına daha çox diqqət yetirin

0
391

London Kral Kollecinin alimləri xüsusi diqqət yetirilməli olan 6 koronavirus simptomunu aşkar edib.

Mütəxəssislər bildirib ki, virusun hərarət, öskürək, dad və iybilmə duyğusunun itməsi kimi üç “klassik” əlamətdən əlavə daha bir neçə simptomu var. Baş ağrısı, halsızlıq, iştahsızlıq, əzələ ağrısı, ishal və dərinin qabıq verməsinə xüsusi diqqət yetirmək tövsiyə edilib.

Eyni zamanda, ekspertlər həkimlərin hər beşinci xəstədə xəstəliyin “klassik” əlamətlərini aşkar etmədiyini qeyd edib. Bu simptomlardan biri özünü büruzə versə, özünütəcrid məsləhət görülüb.