Qəzzaya dəhşətli hücumlar: 100 tikili alt-üst oldu

0
496

İsrail ordusunun may ayında Qəzzaya təşkil etdiyi hücumlar bölgəyə 9,5 milyon dollar dəyərində zərər vurub.

Zərərin təsərrüfat, iqtisadiyyat, təhsil və səhiyyə sahəsini əhatə etdiyi bildirilib.

Hücumlar nəticəsində təxminən 100 tikili tamamilə, 700-ü isə qismən dağılıb.

Qəzza rəsmiləri bölgədə vəziyyətin getdikcə pisləşdiyini bildiriblər.