Bu nəhəng şirkət “Huawei”-yə dəstək oldu

0
643
İngiltərənin ARM şirkətinin Huawei ilə əməkdaşlığı dayandırmasından sonra bu şirkətin smartfonları sual altında qaldı. Lakin məlum olub ki, ABŞ-ın sanksiyalarını heç də bütün şirkətlər dəstəkləməyiblər.
Dünyanın ən böyük mikrosxem istehsalçısı olan TSMC şirkəti “Huawei” ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.
TSMC şirkətinin press-meneceri Elizabeth Sunun sözlərinə əsasən, ABŞ sanksiyaları Tayvanın çip istehsalçısı olan TSMC şirkətinin Huawei şirkətini öz texnologiyaları ilə təchizatına təsir etməyəcək. Beləliklə, Huawei şirkətinin gələcəkdəki cihazları üçün nəzərdə tutulmuş “Kirin 985” prosessorunun istehsalı təhlükə altında deyil.
Xatırladaq ki, TSMC şirkəti söhbətin ABŞ hökuməti tərəfindən Huawei-yə təqdim etdiyi 90 günlük lisenziya müddətinin bitməsinə kimi ARM şirkətinin texnologiyalarının təqdim edilməsindən gedib-getmədiyini bildirməyib. İstisna deyil ki, gələcəkdəki “Kirin” prosessoru digər istehsalçıların nüvələri əsasında hazırlansın.
Qeyd edək ki, Huawei ilə əməkdaşlığın davam etdirilməsini həmçinin Lenovo ilə Toshiba şirkətləri də elan ediblər.