Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər… – FOTO

0
609

Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.

Eks-nazirlər – Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov “Range Rover” markalı maşınla “Heydər Məscidi”nə hüzr mərasiminə gələrkən kameraların hədəfinə tuş gəliblər.

Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da “Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib.

Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun “Üzvi kimya” kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.
Azərbaycanın sabiq nazirləri bir arada – "Range Rover"də 4 nəfər... – FOTOLAR