Vəkil Elman Paşayev: ” Fuad Abbasov qandallanmayıb, deport xəbəri isə …”

0
739

Report informasiya agentliyi jurnalist Fuad Abbasovun Rusiyada saxlandığı və deport olunması üçün məhkəməyə çıxarıldığı haqda məlumat yayıb.

Bu məlumata jurnalistin vəkili Elman Paşayevin münasibəti öyrənliib. Öncə Report yayan məlumatı təqdim edək:

“Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir”.

Rusiyanın tanınmış hüquqşünası Elman Paşayev musavat.com -a deyib ki, guya Fuad Abbasovun saxlandığı anı əks etdirən foto jurnalistə məxsus deyil: “Dünən onu məhkəmədə mən təmsil etdim. Fuad Abbasov məhkəməyə çıxmadı. O, heç bir cinayət etməyib və cinayət əməlinə görə də mühakimə olunmur. Ona görə də onun qoluna qandal vurulması qanunla mümkünsüzdür. Foto Fuad Abbasova məxsus deyil. Xəbərdəki fakt kimi təqdim olunan iddialar da yanlışdır”.

Vəkil deyir ki, Fuad Abbasovla bağlı şikayətlər və problem var, özü də ciddidir: “Lakin bu şikayətləri azərbaycanlılar etməyib. Fuadla bağlı bütün şikayətləri ermənilər ediblər. Hazırda bu şikayətlər üzrə də məhkəmə gedir”.

63610965-10dd-42d8-8cd8-e234144740cf.jpg (67 KB)

Vəkil Elman Paşayev musavat.com müxbirinə deyib ki, yaxın günlərdə Fuad Abbasov canlı yayına çıxacaq və hər şeyi özü danışacaq.