ABŞ Irana qarşı Körfəz ölkələri ilə əməkdaşlığını gücləndirir. Bu məqsədlə ABŞ və Körfəz ölkələrinin yüksək rütbəli hərbçiləri arasında görüş keçirilib.
Orta Şərq və Şimali Afrikada yayımlanan “El-Hurra” telekanalı, Körfəz ölkələrinin yüksək rütbəli hərbçiləri və ABŞ Dəniz Qüvvələrinin rəhbər şəxsləri Bəhreynin paytaxtı Manamada bir araya gəlib.
Səudiyyə Ərəbistanı kral sarayına yaxın “Şarku’l Avsat” saytı isə Körfəz ölkələrinin ABŞ-ın ordu birləşmələrini yenidən yerləşdirmək tələbini qəbul etdiyini yazır. Məlumata görə, Səudiyyə Ərəbistanı və Fars körzəzində yerləşən digər ölkələr ABŞ-ın öz hərbi qüvvələrini Fars körfəzi və bu ölkələrə aid su ərazilərində yerləşdirilməsini istəyib. Körfəz dövlətləri də ABŞ qoşunların yerləşdirilməsinə müsbət cavab verib.
Mənbə, ABŞ qoşunlarının bölgədə yerləşdirilməsinin əsas hədəfinin İranla müharibə olmadığı, Tehrana mesaj vermək məqsədi daşıdığını deyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın İranla ehtimal olunan müharibə ilə bağlı bölgəyə 120 minlik ordu göndərmək istədiyi bildirilirdi. Körfəz ölkələrinin müsbət yanaşdırğı sözügedən tələbin də məhz bu 120 minlik ordunun yerləşdirilməsilə bağlı olduğu deyilir.
Qeyd edək ki, ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub, hərbi dəniz qüvvələrinin bir neçə gəmisi də onlara yaxınlaşmaq üzrədir. Aviasiyadaşıyıcı zərbə qrupuna hələlik körfəzə daxil olmayan “Abraham Lincoln” gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş “Arleigh Burke” sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi “Kearsarge” yerləşir. Gəmi bu həftənin əvvəlində də “McFaul” gəmisi ilə birgə körfəzdə peyda olmuşdu.
Bildirilir ki, “Abraham Lincoln” gəmisi 90 təyyarə və helikopteri daşıya bilir. Qrupa, həmçinin raket kreyseri “Leyte Gulf”, “Mendez Nunez” freqat gəmisi, eskadrilya minadaşıyıcı “Bainbridge” gəmisi daxildir. Zərbə qrupunun tərkibində təxminən 700 hərbi qulluqçunu və 14 texnikanı daşıya bilən “Arlington” gəmisi də yer alıb.