Hondurasın Roatan adası sahillərində özəl təyyarə qəzaya uğrayıb.
Təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.
Bildirilir ki, qəza nəticəsində 5 xarici ölkələrdən olan turist həlak olub.
Ölkənin Silahlı Qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada həlak olanlardan 4-ü ABŞ vətəndaşıdır, lakin yerli hakimiyyət orqanları qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.
Qəzanın səbəbi məlum deyil.