Bunu İran Prezidenti Həsən Ruhani Tehranda ziyalılarla görüşündə deyib.
H.Ruhani bildirib: “Biz təzyiq və təhdidlər şəraitində danışıqlar masasına oturmayacağıq. Bəli, iranlılar danışıqlar məntiqinin tərəfdarıdırlar, lakin düşmən tərəf bizə – sizi danışıqlar masasına oturdacağam deyirsə, biz bütün dünya bizə qaşı olsa belə, bu lovğalığın qarşısında boyun əymərik”.
İran prezidentinin sözlərinə görə, Birləşmiş Ştatların dünyada müttəfiqləri çox deyil.