Vasif Talıbov şəhidlərin xatirəsinə ağac əkdi – Foto

0
425

Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikada şəhidlərin xatirəsinə meyvə bağları və yaşıllıqlar salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 4 hektar ərazidə keçirilən ağacəkmədə iştirak ediblər. Burada 3 hektar sahədə meyvə bağı salınıb, ərazidəki 1 hektar meyvə bağında isə bərpa əkini aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak edib. Ali Məclisin Sədri tinglər əkib, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikada şəhidlərin xatirəsinə həsr olunan ağacəkmədə 19 min 542 sakin iştirak edib, 14 hektar yeni meyvə bağları salınıb, 41 hektarda bərpa işləri aparılıb, 12 mindən artıq meyvə və meşə tingləri əkilib. 

Vasif Talıbov şəhidlərin xatirəsinə ağac əkdi –  Foto