Xarici diplomatlar Gəncədə erməni vəhşiliyi ilə tanış oldular

0
774

Biz bu gün xarici diplomatları Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə törətdiyi vəhşiliyi, vandalizm aktını yerindəcə, öz gözləri ilə görsünlər deyə bura dəvət etmişik.

Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev xarici diplomatlara Gəncədə baş verənlər barədə məlumat verərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan utanmazcasına öz məsuliyyətini inkar etməyə çalışır:

“Dünən Ermənistanın Müdafiə naziri riayarkasına öz açıqlamasında qeyd edib ki, bu vandalizmi onlar törətməyib. Lakin faktı heç kim gizlədə bilməz. Azərbaycanda akkreditasiya keçmiş diplomatlar da hər şeyi öz gözləri ilə gördülər. Aidiyyəti olaraq gördükləri bu vandalizm aktı ilə bağlı onlar da öz hökumətlərini məlumatlandıracaqlar. Biri var bu məlumatı mediadan oxusunlar, biri də var öz gözləri ilə görsünlər. Diplomatiyanın da qaydasıdır ki, səfirliklər bu faktları əsaslandırmalıdırlar. Məqəsdimiz Ermənistanın bu vəhşiliyini dünya ictimaiyyətinə doğru-düzgün çatdırılmasını təmin etməkdir”.