Diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri Gəncə və Mingəçevirə gedəcək

0
478

Azərbaycan Xarici İşlər Nazirliyi ilə diplomatik korpusların, səfirlərin, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilat rəhbərləri Gəncəyə və Mingəçevirə gedəcəklər.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

Onlar Ermənistanın günahsız mülki insanlara və vacib enerji infrastrukturuna raket hücumları törədilən cinayət səhnələri ilə tanış olacaqlar.

“Gəncə üçün susma!”, – deyə o qeyd edib.