Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”

0
402
FILE PHOTO: U.S. President Donald Trump arrives for a photo opportunity with sheriffs from across the country on the South Lawn of the White House in Washington, U.S., September 26, 2019. REUTERS/Erin Scott/File Photo

 

Prezident Donald Trampın Cənubi Qafqazda bir neçə həftədir davam edən münaqişə barədə susması ABŞ-dakı erməni icmasını narahat edib.

Bir qrup erməni amerikalıların Trampın sükutuna etiraz olaraq Ağ Evin qarşısında toplandığı xatırladılıb və oradakı aksiya iştirakçılarının narazılığı haqqında danışılıb:

“Trampın barışığa çağıran ən azı bir “tweet”i… və bu anda Ermənistanı dəstəkləməkdən belə danışmırıq… Hətta bu belə olmur”, – deyə aksiya iştirakçıları bildirib.

Məqalədə ABŞ prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin möhkəmləndirdiyi vurğulanıb.