Müdafiə Sənayesi Nazirliyinin müəssisələri fasiləsiz iş rejminə keçirilib

0
395

Azərbaycan Respublikasının Silahlı Qüvvələrini dəstəkləmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejminə keçirilib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN)  verilən məlumata görə, hazırda MSN-in tabeli birlik və müəssisələri tərəfindən 2000 addan çox silah və hərbi texnika, aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ texniki sənədlərinin (konstruktor və texnoloji sənədlər) yaradılması ilə yanaşı, mənimsənilməsi də həyata keçirilir.

Döyüşlər başlanılandan bəri MSN-nin mütəxəssisləri Silahlı Qüvvələrin hərbçiləri ilə birgə yeni tipli silah və döyüş sursatlarının həm istehsalçı müəssisədə stendlər üzərində, həm də hərbi poliqonlarda döyüş şəraitinə maksimum uyğunluğu ilə bağlı sınaqlar keçirilir və müəyyən olunmuş qaydada hərbi hissələr təchiz edilir.

MSN-nin birlik və müəssisələrində yaradılma (texniki-konstruktor) işlərinin aparılması və başa çatdırılması ilə əlaqədar real döyüş şəraitində məmulatların taktiki-texniki göstəricilərinin yüksəldilməsi məqsədilə Silahlı Qüvvələrin texniki tələblərinə əsasən müəyyən sınaqlar keçirilir, irad və nöqsanlar qeydə alınaraq dərhal istehsalçı müəssisələrdə aradan qaldırılır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrini dəstəkləmək məqsədilə MSN-in birlik və müəssisələri fasiləsiz iş rejminə keçirilib. Hazırda istehsal edilmiş müdafiə təyinatlı məmulatlar hazır məhsul anbarlarında saxlanılır.

Təmir və bərpa işlərinin vaxtında və operativ şəkildə icrasını təmin etmək məqsədilə MSN rəhbərliyinin göstərişi ilə döyüş zonalarına yaxın müvafiq təmir bazaları və sahələri təşkil edilərək, gecə-gündüz onların fəaliyyəti təmin olunur.