Ombudsman Ermənistanın Gəncəni atəşə tutulması ilə bağlı məlumat yaydı

0
364

Bu gün Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektlərə ziyan dəyib.

Bu barədə Ombudsman Aparatından məlumat yayılıb.

“Münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artileriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır.

Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir”, – deyə məlumatda qeyd edilib.