Hikmət Hacıyev: “Peyk vasitəsilə Ermənistan tərəfindən atılan raketlərin trayektoriyasını müəyyənləşdirəcək”

0
426

Azərbaycanın şəhərlərinə edilən atəşlər Ermənistanın öz ərazisindən də həyata keçirilir. Burada Ermənistanın güddüyü bəzi siyasi məqsədlər var.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın şəhələrinə qarşı endirilən raket zərbələri Ermənistanın öz ərazisindən həyata keçirilir:

“Burada xüsusilə iki məntəqəni qeyd etmək lazımdır. Atəşlər Ermənistanın Vardenis və Gorus şəhərləri yaxınlığındakı hərbi bazadan həyata keçirilir. Bu da Ermənistanın Azərbaycana qarşı olan növbəti təcavüzkar siyasətidir. Azərbaycan peyk texnologiyası vasitəsilə raketlərin atılma trayektoriyaları,onların hədəfə yetişmə trayektoriyaları dəqiqləşdiriləcək və bütün beynəlxalq ictimaiyyətə çatdıracaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu bütün region üçün təhlükə mənbəyidir”.

O bildirib ki, Ermənistanın məqsədi münaqişənin miqyasını genişləndirmək, yeni siyasi provokasiya əldə etməkdir:

“Onlar başqa bir təşkilatları bu prosesə cəlb etmək üçün provakasiyalara yol verirlər. Biz bunu çox gözəl başa düşürük. Bu məqsədlər onlara lazımı yerlərdə və lazımı anlatrda legitim hərbi hədəflər yönəlməklə cavablar veriləcəkdir. Bu gün onlar xarici medianı toplayaraq guya Xankəndi şəhərində yanğın və partlayışların olması barədə xəbərlər verirlər. Bu növbəti şou və teatr səhnəsidir”.