İbrahim Şehiçdən Azərbaycana dəstək – FOTO

0
425

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Azərbaycan ordusuna dəstək məqsədilə “Instagram” hesabında post paylaşıb.

Hazırda Türkiyənin “Konyaspor” futbol klubunun şərəfini qoruyan qapıçı “Instagram”ın hekayə bölümündə Azərbaycan bayrağının şəklini paylaşıb və üzərində “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır” yazıb.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”ın qapıçısı olub.