Böyük Britaniyada bahalı mülklərin satışı kəskin artıb – SƏBƏB

0
350

Böyük Britaniyada 2020-ci ilin avqust ayının nəticələrinə görə, qiyməti milyon funtdan baha olan evlərin satışı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 105 faizdən çox artıb.

Əmlak bazarı mütəxəssisləri bunu karantin dövründə zənginlərin dəyişən prioritetləri ilə əlaqələndirirlər.

Avqust ayında nisbətən ucuz evlərin satışında daha az artım müşahidə edilib – illik müqayisədə 60 faiz.

Davam edən COVID-19 pandemiyası şərtlərində varlıları daha çox London xaricindəki bahalı evlər maraqlandırır – Norfolk, Uiltşir və Kornueldə bu cür əmlak satışları avqust ayında 244, 174 və 165 faiz artıb.