Ağciyər xəstəliklərinin ilkin əlamətləri açıqlandı

0
402

Təngnəfəslik, öskürək, temperaturun yüksəlməsi və bəlğəm… Bu əlamətlər yaranan kimi dərhal həkimə müraciət etmək lazımdır.

Bu barədə rusiyalı pulmonoloq Serqey Puryasov xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu simptomlar ağciyər toxumalarının zədələnməsindən xəbər verə bilər.

Puryasov onu da vurğulayıb ki, xroniki nəfəs darlığından əziyyət çəkən insanlar ağ ciyər xəstəliklərindəki təngnəfəsliyi ayırd edə bilirlər.

“Onlar səhhətlərinin pisləşdiyini dərhal hiss edirlər. Əgər şəxs məsələn, fiziki iş görərkən təngnəfəslik yaşayırsa və bu, uzun illər davam edirsə, sonra nəfəs darlığının forması qəfil dəyişəndə, güclənəndə, dərhal həyəcan siqnalı verir. Həkimə ilk olaraq elə onlar müraciət edirlər. Sağlam insan isə bu əlamətləri vecinə almır”, – deyə pulmonoq əlavə edib.

Həkim ilk simptomları diqqətə almağı təkidlə tövsiyə edib.

“Əks təqdirdə bu davranış sonrakı müalicəni çox çətinləşdirir”, – deyə o vurğulayıb.