Nazirlik Bakı, Sumqayıt və Abşeronda monitorinq keçirdi

0
396

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirləri çərçivəsində monitorinq keçirib.

Nazirlikdən verilən məlumata görə, 18-20 sentyabr tarixlərində keçirilmiş monitorinqlər zamanı Bakının Suraxanı, Yasamal, Səbail, Nəsimi, Xəzər, Binəqədi, Qaradağ, Nərimanov, Sabunçu, Xətai, Nizami rayonlarında, eləcə də Sumqayıt şəhərində, Abşeron rayonunda ümumilikdə 394 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.