Sumqayıtda onlarla gənc Mədəniyyət Mərkəzinin qarşısına niyə yığışıb? – VİDEO

0
414

Sumqayıtda onlarla gəncin şəhərin Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin qarşısına yığışması ilə bağlı məlumat yayılıb.

Mədəniyyət Mərkəzinin qarşısına toplaşan valideynlərin  dediklərindən məlum olur ki, səhər saatlarında Mənzil Kommunal və Texniki Xidmət Sahəsindən evlərə zəng edilərək, övladlarının hərbi biletlə Mərkəzin qarşısına gəlməli olduqları bildirilib.

Mədəniyyət Mərkəzinin qarşısına Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri də gəliblər.

Nümayəndələrdən biri toplanışın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirildiyini və təlim məqsədi daşıdığını bildirib.