Sabahdan rezidenturaya ixtisas seçimi başlayır

0
406

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

DİM-dən  verilən məlumata görə,  rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən 25-dək aparılacaq.

Xatırladaq ki, iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.