Eldar Əzizov Bakının iki rayonunda nöqsanlarla bağlı tədbir gördü – FOTO

0
455

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərində olub, buradakı vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb.

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, Xəzər rayonunun Binə, Qaradağ rayonunun Lökbatan və Pirallahı rayonunun Pirallahı qəsəbələrindəki görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlər – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və s. məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.

Vəziyyətlə yerində tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud karantin qaydaları çərçivəsində  Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti Aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət, xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslər xəbərdarlıq edilib, 1 ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Eldar Əzizov bildirib ki, ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar və korrupsiyaya qarşı tədbirlər daimidir. Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturlarında nizam-intizam məsələlərinin daha da gücləndirilib, kadrların fəaliyyətinə və işlərə olan nəzarət artırılıb.