Minskdə növbəti etiraz aksiyası: 400-ə yaxın saxlanılan var

0
409

Bazar günü Belarusun paytaxtı Minskdə keçirilən etiraz aksiyalarında artıq 400 nəfərə yaxın insan saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

“Saat 19:00-dan etibarən ölkədə etiraz aksiyaları, Minsk istisna olmaqla, demək olar ki, hər yerdə başa çatıb. Yüzlərlə şəxs saxlanılıb. Paytaxtın müxtəlif bölgələrində 400-dən çox insan nəzarətə alınıb”, – DİN-in məlumatında bildirilir.

Bildirilir ki, müxalifət tərəfdarlarının etiraz aksiyası keçirdiyi Minsk mərkəzində əvvəllər bağlanmış metro stansiyaların giriş və çıxışı açıq olub. Bundan əlavə, şəhərdə mobil internet bərpa edilib.