Afaq Bəşirqızı oğlunun boşanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

0
616

Mətbuatda xalq artisti Afaq Bəşirqızının oğlu Təhməzov Səmralın həyat yoldaşı Təhməzova Könüldən ayrılması barədə xəbər yayılıb.

Bu barədə  danışan Xalq artisti oğlunun həyat yoldaşından boşanması ilə bağlı yayılan xəbəri təkzib edib:

“Düzgün informasiya deyil”.

Qeyd edək ki, Könül Təhməzova bu günlərdə 7 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun həyat yoldaşı Könül Təhməzovadan boşanması barədə Yasamal rayon Məhkəməsinə müraciət olunması ilə bağlı ilk xəbəri unikal.org saytı yayıb.