Sabah Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə ediləcək

0
466

Sabah Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə ediləcək.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, dördü Rusiya, ikisi Qazaxıstan, biri Türkiyə və biri Ukrayna vətəndaşıdır.

Təxliyə olunanlar bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı müayinədən keçiblər. Testlərin cavabı sabah səhər açıqlanacaq.

COVID-19 aşkarlanmayan şəxslərə 48 saat qüvvədə olacaq arayış veriləcək. Onlar sabah səhər səfirliyin binası qarşısından xüsusi ayrılmış avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Səfirlikdən bildirilib ki, təxliyə siyahısında yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Azərbaycana qayıtmalı olan uşaqlar və onların yaxın ailə üzvləri çoxluq təşkil edir.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana iki mindən çox şəxsin təxliyəsi təmin edilib.