İrəvanın Batyaya nifrəti: səfirlik önündə aksiya

0
486

Belarusda prezident seçkilərindən sonra başlayan etirazlara ciddi dəstək verən ölkələr sırasında Ermənistan və bu ölkənin baş naziri Nikol Paşinyan da var.

Belarusdakı “demokratik prosesləri” ilk gündən dəstəklədiyini nümayiş etdirən Ermənistan hakimiyyəti hazırda bu mövqeyini digər vasitələrlə gerçəkləşdirir. Belə ki, Rusiyanın üzdə müttəfiqi olmasına baxmayaraq, “Sorosun cocuqları” sayılan Paşinyan hökumətinin Qərbdən aldıqları sifarişlə açıq hərəkət etmələrini əngəlləyən fakt Rusiya “müttəfiqi” olmasıdır. Paşinyan yolayrıcında haçalanıb: Belarus müxalifətinə açıq dəstək verdikdə Rusiyanın, sakit qaldıqda isə Soros Fondunun təzyiqləri altına düşür.

Təsadüfi deyil ki, Soros Fondu tərəfindən artıq bir neçə dəfə Paşinyanın ünvanına ittihamlar səsləndirilib.

Vəziyyətdən çıxmaq üçünsə guya “erməni xalqı”nın Belarus müxalifətinə dəstəyi gündəmə gətirilib. Erməni diasporunun Belarus lideri Lukaşenkoya qarşı aktivliyinə Ermənistanda da qoşulurlar. Növbəti belə bir təşəbbüs isə ötən gün baş tutub, İrəvandakı Belarus səfirliyi qarşısına toplanan aksiyaçılar Lukaşenkonun ünvanına ağır ittihamlar yağdırıb və onu müxalifətə təzyiqlərə son qoymağa, həbs edilən müxalif liderləri dərhal azad etməyə çağırıblar.

Qeyd edək ki, ermənilərin və Ermənistanın Aleksandr Lukaşenkoya nifrəti Batyanın həm də KTMT daxilində ədalətli mövqeyinə, Azərbaycana xoş münasibətinə görədir.