Çin və Hindistan sərhəd məsələsində razılığa gəldilər

0
342
epa08505740 Indian air force helicopter flys above the mountains near Leh, Ladakh, India 24 June 2020. According to news reports, twenty Indian Army personnel, including a colonel, were killed in a clash with Chinese troops in June, in Galwan Valley of the eastern Ladakh region. EPA-EFE/STR

Çin Xarici İşlər Naziri Van İ və hindistanlı həmkarı Subramanyam Cayşankar Ladaxda- iki ölkə arasında sərhəddə vəziyyəti normallaşdırmağa razı olublar.

Onlar Ladaxdakı mövcud vəziyyətin “hər iki tərəfin maraqlarına cavab vermədiyini” və sərhəd qurumlarının “dialoqa davam etməli, bir an əvvəl qarşılıqlı formada geri çəkilməli, aralarındakı lazımi məsafəni qorumalı və mövcud vəziyyəti yumşaltmalı olduqlarını” qeyd ediblər.

Nazirlər tərəflərin mövcud razılaşmalara hörmət göstərmələri, sərhəd bölgəsində sülhü və əmin-amanlığı qorumaları və vəziyyəti ağırlaşdıra biləcək hər hansı bir hərəkətdən çəkinmələri barədə razılığa gəliblər.

Ladaxda faktiki nəzarət xəttindəki vəziyyət may ayında Dehlidən, iki ölkənin sərhədçiləri arasındakı qarşıdurmada 20 Hindistan əsgərinin ölməsi barədə xəbərlərdən sonra kəskinləşdi. Hindistan həmçinin, Çin ordusunu avqustun sonunda təxribatlarda günahlandırdı. Çin Hindistan əsgərlərinin nəzarət xəttini keçdiyini iddia edərək, bu xəbərləri rədd edir.