Gürcüstanda da toy, yas, yubiley mərasimlərinin keçirilməsi qadağan edildi

0
444

Bir müddət əvvəl toy, yas, yubley və digrə ketləvi tədbrilərin keçirilməsinə icazə verən Gürcüstan hökuməti sentyabrın 10-dan etibarən istər qapalı, istərsə də açıq məkanda hər hansı formada kütləvi tədbrilərin, toy, yubley, yas mərasimlərinin keçirilməsini qadağan edən qərar qəbul edib.

Bu barədə  Gürcüstan hökumətinin administrasiya rəhbəri Natiya Mezvrişvili məlumat verib.

Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsi ölkədə epidemoloji vəziyyət təhlil edildikdən sonra qəbul edilib. O əlavə edib ki, əgər əvvəllər qapalı şəraitdə  toy, yas, yubley mərasimlərinin və digər  kütləvi tədbirlərin keçiirlməsi qadağan olunurdusa, sentyabrın 10-dan etibarən açıq məkanlarda da  belə tədbrilərin keçirilməsi qadağan olunacaq.

Bununla belə Gürcüstan hökumətinin rəsmisi bildirib ki, yeganə olaraq mədəni-idman tədbrilərinin keçirilməsinə icazə veriləcək və həmin tədbrilərdə də  200-dən artıq insan iştirak etməyəcək.Mezvrişvili  insanları pandemiya qaydalaırna riayət etməyə çağırıb.Mezvrişvili  insanları pandemiya qaydalaırna riayət etməyə çağırıb.