Komitə sədrindən Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin AÇIQLAMA

0
466

İqtisadi Şuranın qarşısında qoyulan çağırışlar yaxın 10 ildə Azərbaycanın iqtisadiyyatının iki dəfəyədək böyüməsinə hesablanıb.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O bildirib ki, İqtisadi Şuranın yaradılması qeyri-neft sektorunun inkişafı, yeni artım mənbələrinin tapılmasını də aktual edir.

T.Mirkişilinin sözlərinə görə, insan potensialından istifadə də yeni hədəflər sırasındadır.

“Prezidentin İqtisadi Şuranın yaradılması ilə bağlı fərmanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da yeni çağırışlar qoyur. Əminəm ki, biz iqtisadiyyatın yeni modelinin qanunvericilik çərçivəsində formalaşmasında rol oynayacağıq”, – deyə T.Mirkişili əlavə edib.

Xatırladaq ki, sentyabrın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının ləğvi və onun əvəzinə İqtisadi Şuranın yaradılması ilə bağlı fərman imzalayıb.

Yeni yaradılan İqtisadi Şuranın sədri Baş nazir Əli Əsədovdur.