Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır: “Postpandemiya”, “selfi”…

0
447

Orfoqrafiya lüğətinin nəşri sentyabr ayının sonunda yekunlaşacaq.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Akademik bildirib ki, bu nəşrə heç bir lüğətdə yer almayan sözlər də daxil edilib:

“Lüğət sentyabrın 15-də nəşriyyata təhvil veriləcək. Çap olunacaq orfoqrafiya lüğətinə yeni sözlər əlavə etmişik. Məsələn, “postpandemiya” sözü heç bir lüğətdə yoxdur. Məişətimizə yeni gələn sözdür, “pandemiya sonrası” mənasını verir.

Heç bir lüğətə düşməyən sözlərdən biri “sağollaşmaq” sözü mənim seçimimlə daxil edildi. Amma o, ümumişlək sözdür. “Selfi”, “özçəkim” sözləri də çox işlənən sözlərdən idi ki, onları da yeni nəşrə salmışıq”.