Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb

0
536

Rusiyada yaradılmış və ağır ağciyər zədələrini müalicə etmək üçün nəzərdə tutulan dərman koronavirusdan ölümləri beş dəfə azaltmağa kömək edir

Dərman öküzün ağciyərindən hazırlanır və “surfaktant-BL” (BL – Bıçye Leqkoye) adlanır.

Bildirilir ki, pasiyentlər preparatla inqalyasiya etdikdən dərhal sonra özlərini yaxşı hiss etməyə başlayıblar.

“Surfaktant-BL” koronavirusu ağır keçirən xəstələr arasında ölüm nisbətini 80 faizdən (dünyada orta göstərici) 14,3-ə endirib, belə xəstələrin 28-dən 24-ü sağalıb.