Sentyabrın 5-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün birinci turunun növbəti oyunları keçirilib.
Turun üçüncü oyun günündə 9 qarşılaşma oynanılıb.
C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi turnirdə mübarizəyə məğlubiyyətlə başlayıb. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsinə 1:2 hesabı ilə məğlub olub.
Bu qrupun digər oyununda Kipr millisi öz meydanında Monteneqro yığmasına 0:2 hesabı ilə məğlub olub.
A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanı minimal hesabla enib – 1:0. Danimarka seçməsi isə evdə Belçika komandasına uduzub – 0:2.
Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A liqası (3-cü qrup)
Portuqaliya – Xorvatiya – 4:1;
İsveç – Fransa – 0:1.
C liqası (2-ci qrup)
Şimali Makedoniya – Ermənistan – 2:1;
Estoniya – Gürcüstan – 0:1.