Abbasdan ABŞ-a ETİRAZ – O masaya oturmayacağıq

0
535

Fələstin Prezidenti Mahmud Abbas ABŞ-ın elan etdiyi “Yüz ilin anlaşması” planına qarşı çıxdığını və bu müqavilə əsasında heç bir danışıqlar masasına oturmayacağını bildirib.

O həmçinin, heç kəsin Fələstinin adından danışmağa haqqının olmadığını deyib.

M.Abbas BMT-nin təşəbbüsü ilə İsrail ilə görüşməyə hazır olduqlarını bildirərək ilhaqı qəbul edənləri vətən xaini elan etdiyini vurğulayıb.

O, ərəb ölkələrinə Fələstinə kömək etməmələri üçün təzyiq göstərildiyini söyləyib.

1948-ci il hadisələrinin təkrarlanmayacağını deyən Abbas parçalanmaya son qoymaq üçün Fəth və Həmas hərəkatlarını da dialoqa çağırıb.