Baş Prokurorluqdan vətəndaşları maraqlandıran məsələlərlə bağlı növbəti izah

0
690

Xəbər verildiyi kimi, dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən müasir, vətəndaşa yönümlü və onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətlə bağlı “Prokurorluq orqanlarına müraciət etmək üçün hər hansı əlaqə vasitəsi mövcuddurmu?”, “Vətəndaşlar prokurorluq orqanlarına hansı qaydada müraciət edə bilər?”, “Hazırda Baş Prokurorluqda vətəndaşların qəbulu hansı qaydada həyata keçirilir?” suallarını cavablandırıb.
Videoçarxı izləməklə həmin sualların cavablarını öyrənmək mümkündür.