Rusiyanın məşhur “Jara Musiqi Mükafatları” mərasimi ilk dəfə onlayn formatda baş tutacaq.
“Karo 11 Oktyabr” kinoteatrında keçiriləcək tədbirin aparıcıları isə Yuliya Baranovskaya və Konstantin Tarasyukdur.
Tədbirin yayımı 4 sentyabrda baş tutacaq, bir gün sonra isə Jara TV-də yayımlanacaq. Gecədə mükafatlara namizədlər arasında Xalq artisti Emin Ağalarov, Zivert, Svetlana Loboda, Maks Barski, Dima Bilan, Sergey Lazerev, Ani Lorak, Filipp Kirkorov, Valeri Meladze, Qriqori Leps və başqaları var.
“Mükafat mərasiminin bu il ənənəvi formatda keçirilməsi mümkün deyil. Biz- sənətçilər tamaşaçılarımız üçün darıxırıq, onlar üçün oxumağa davam edirik və heç bir fürsəti qaçırmamağa çalışırıq”, – deyə tədbirin təşkilatçısı E.Ağalarov “Ok!” jurnalına açıqlamasında bildirib.
Məlumat üçün bildirək ki, hər il yay aylarında davam edən festival ilk dəfə 2016-cı ildə Bakı şəhərində keçirilib.