Bakıda qanunsuz quraşdırılan köşklər götürüldü – Video

0
630

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Bakının Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirərkən Nizami rayonu C.Naxçıvanski küçəsi 48 ünvanında binanın arxasında, yolun kənarındakı yaşıllıq zolağında sentyabrın 1-də ölçüləri 3×3 metr olan yüngül konstruksiyalı iki köşkün naməlum şəxslər tərəfindən quraşdırıldığını aşkarlayıblar.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim olunmadığından qeyri-qanuni hesab edilib. Odur ki, göstərilən köşklər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə sentyabrın 2-də ərazidən götürülüb.