Bakıda əhaliyə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri açıqlanıb

0
677

2020-ci ilin yanvar-iyun aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə Bakının istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 12 milyard 421,8 milyon manat olmaqla 2019-cu ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,9 faiz azalıb.

Satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 96,8 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsindən real ifadədə 6,0 faiz azalaraq 12 milyard 025,0 milyon manat olub.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz azalaraq 4467,1 milyon manat təşkil edib.