Koçaryanın bütün əmlakına və gəlirlərinə həbs qoyuldu

0
698

Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın bütün əmlakına həbs qoyub.

Bu barədə Koçaryanın vəkili Ovanes Xudoyan bildirib: “Həbs Koçaryanın bütün əmlakına və pensiyadan başqa gəlirlərinə qoyulub. Əmlakın dəyəri hələlik ölçülməyib, amma qiymətləndirmə mütləqdir”.

Qeyd edək ki, həbsdə olan Koçaryan 2008-ci ilin martında Ermənistanda konstitusion quruluşu pozmaqda ititham edilir.