Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı

0
684

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb.

Ramiz Mehdiyevin satmaq istədiyi dəbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir.

Villa dörd hektar ərazidə yerləşir, hər tərəfdən altı metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır.

Villanın ərazisində vertolyot üçün xüsusi meydança var.

Bildirilib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub.

Amma vəzifədən uzaqlaşdırıldıqdan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb.

Qeyd edilib ki, Ramiz Mehdiyev villanı da almaq üçün Fərhad Əhmədova ismarıc yollayıb lakin, nədənsə biznesmen həmin villanı almaqdan imtina edib.